Cənubi Afrikadakı alimlər yeni koronavirus variantı aşkar ediblər. Bu vəziyyət qlobal bazarlarda narahatlığa səbəb olub. Yeni variant hələ dünyaya yayılmamış olsa da, qlobal bazarları təsiri altına alıb.
FED.az xəbər verir ki, MSCI Asiya Pasifik indeksində 1,9% olmaqla Martdan bu yana ən kəskin geriləmə baş verib.
Avropa Aviasiya İndeksi yeni variant xəbərlərindən sonra düşüb. Avro Stoxx 600 indeksi 2,5%-dən çox geriləyib. FTSE 100 indeksi 3%-ə yaxın, DAX 3%-dən çox düşüb.
Yapon Nikkei və Honq Konq Hanq Senq indekslərində eniş 2%-i aşıb.
Sərmayəçilər "etibarlı limanlara" yönəliblər; Birjalar, istiqrazların gəlirlilikləri və neft düşüb. Yapon yeni, qızıl, dollar bahalaşıb.
Bloomberg Dollar İndeksi 1192 ilə 16 ayın ən yüksək səviyyələrinə çatıb. Qızılın unsiyasının qiyməti 1,52% artımla 1809 dollara qalxıb.
Cənubi Afrikada aşkar edilmiş yeni variantın "açıq şəkildə" digər variantlardan çox fərqli olduğu bildirilir.
Cənubi Afrikanın Səhiyyə naziri Joe Phaahla, "Bu, ciddi narahatlıq yaradan bir mutasiyadır. Daha bir uzun koronavirus dalğası yarana bilər. Növbəti dalğanın dekabr ayının sonu və ya yanvar ayının əvvəlində başlayacağı nəzərdə tutulur",- deyib.
Ortaya çıxan bu yeni variantın bütün dünyaya yayılması riski var.
Ümumdünya Səhiyyə Təşkilatı yeni variantın əvvəlkilərdən daha sürətli yayılıb-yayılmadığını, daha ölümcül olub-olmadığını araşdırır. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.