Dünən Almaniyada, Avrozonada və Böyük Britaniyada Biznes Aktivliyi İndeksi göstəricilərinin proqnozların üzərində dərc olunması fonunda avro və funt-sterlinq dollar qarşısında mövqelərini bir qədər möhkəmləndirdi. Hal-hazırda EUR/USD və GBP/USD valyuta cütlükləri müvafiq olaraq 1.0906 və 1.2542 səviyyələrində ticarət olunurlar.
Bugün ABŞ-da Şükran Günü ilə əlaqədar birjalarda aktivliyin aşağı olduğu müsahidə olunur. Yaponiyada isə inflyasiya illik ifadədə ötən ay ilə müqayisədə 3%-dən 3.3%-dək artıb.
Həmçinin “OPEC+” üzv ölkələri Anqola və Nigeriyanın neft hasilatını artırılması istəkləri ilə əlaqədar birliyin toplantısı 25 noyabr tarixindən 30 noyabr tarixinə dəyişdirildi. Verilən məlumatlara əsasən danışıqların bu həftə ləngiməsi qeyd olunan ölkələrdə araşdırma aparan “IHS”, “Rystad Energy” və “Wood Mackenzie” konsaltinq şirkətlərinin hasilatla bağlı məlumatların hazır olunması ilə əlaqəlidir.
Bugün Bakı vaxtı ilə saat 11:00-da və 13:00-da Almaniyada açıqlanacaq ÜDM və "IFO" Biznes Mühiti İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaqlar. Eləcə də ABŞ-da xidmət və sənaye sektorlarında Biznes Aktivliyi İndeksi maraqla gözlənilən hadisədir.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.