"Fitch Ratings" beynəlxalq reytinq agentliyi qızılın 1 unsiyasının qiymətinin 2023-cü il üçün 1 200 ABŞ dollarına qədər enəcəyini proqnozlaşdırır.
FED.az xəbər verir ki, agentliyin yaydığı məlumata görə, mərkəzi banklar tərəfindən edilən investisiya və alış səbəbindən artan tələb qızılın qiymətini 2021-2022-ci illərdə müvafiq olaraq 1 600 dollar və 1 400 dollar səviyyələrində saxlayacaq.
Qeyd edək ki, hazırda Nyu-York ticarət birjasının bölməsi olan "Comex"də qızılın 1 unsiyasının qiyməti 1 781,5 dollara bərabərdir (APA)