Dünya bazarında bir neçə aylıq sürətli artımdan sonra qızılın qiyməti bu gün oktyabrın 21-də kəskin ucuzlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xarici birjaların göstəricilərinə istinadən xəbər verir ki, oktyabrın 21-də Nyu-York xamal birjasında (COMEX) qızılın qiyməti 4,2% ucuzlaşaraq, 1 unsiya üçün 4176 dollara enib.
Sonradan ucuzlaşma bir qədər də sürətlənərək 6,12%-ə çatıb və qızılın qiyməti 4093 dollara düşüb. Bu son 12 il ərzində bir gündfə ən sürətli ucuzlaşma deməkdir.
Sonuncu dəfə qızıl bir gün ərzində 2013-cu ildə belə kəskin ucuzlaşmışdı. Qızılla yanaşı, birjada digər qiymətli metalların – gümüş, platin və palladiumun da qiyməti enməkdədir.
Ekspertlər bildirir ki, qızılın qiymətinin enməsinə səbəb ABŞ və Çin arasında münasibətlərin yaxşılaşacağı ilə bağlı yaranmış gözləntidir. Belə ki, gələn həftə ABŞ prezidenti Tramp və Çin rəhbəri Si Szinpin görüşəcək. Bu görüşdə ticarət məsələlərinin yoluna düşəcəyi gözlənilir.
Qızılın ucuzlaşmasının digər səbəbi Hindistanda qızıl alışları mövsümünün başa çatmasıdır.
Xatırladaq ki, oktyabrda qızılın qiyməti bir neçə dəfə qiyməti rekordu vurub. 16 oktyabrda qızılın 1 unsiyasının qiyməti 4300 dollara yüksəlib, 20 oktyabrda. Yəni dünən isə bu qiymət 4398 dollara, yəni təqribən 4400 dollara artıb.