Qızıl qiymətləri son vaxtlar bahalaşmaqda davam edir.
Qızılın qiyməti tarixi maksimumu yeniləyib - SON QİYMƏT
FED.az xəbər verir ki, qızılın unsiyası 2 570 dollara ticarət edilir. Bu il qızıl 22%-dən çox, son 12 ayda isə 33% dəyər qazanıb.
Dolların zəifləməsi və investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında faiz dərəcələrini aşağı salacağına inamının artması bu yüksəlişi şərtləndirən ən mühüm amillərdəndir. Çərşənbə axşamına olan məlumata görə, spot qızıl 0,3% artaraq 1 unsiya üçün 2510,35 dollar olub.
ABŞ qızıl fyuçersləri 0,4% artaraq 2550,6 dollar səviyyəsində qərarlaşıb. Bu artımın ilin sonunda 2600 dollara, 2025-ci ilin ortalarında isə 3000 dollara çata biləcəyi proqnozlaşdırılır.
FED-in gələcək faiz endirimləri və dolların zəifləməsi səbəbindən qızılın qiymətinin 2025-ci ilin birinci yarısınadək bahalaşamaqda davam edəcəyini gözlənilir.