Dünya bazarında qızılın qiyməti tarixində ən yüksək həddə çatıb.
FED.az xəbər verir ki, iyulun 17-də qızılın 1 unsiyasının qiyməti 2476 dolları keçib.
Bu qızılın indiyədək qeydə alıfnan indiyədək qeydə alınan ən yüksək qiymətidir.
Son bir ayda qızılın qiyməti 140 dollar və ya 6%, son 6 ayda 445 dollar və ya 22% bahalaşıb. Son bir illik dövrdə isə qızılın qiymətində 500 dollara yaxın və ya 25% artım baş verib.
Birjaların qiymət statistikası göstərir ki, son 5 ildə dünya bazarında qızılın qiyməti 1042 dollar və ya 73% artıb.
Bahalaşmanın səbəbi investorların ABŞ-ın Federal Rezerv Sisteminin (FED) rəhbərliyinin faizləri endirməsi ehtimalının böyük olmasıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.