Qızılın qiyməti son saatlarda artaraq 4 035,25 dollara çatıb.
Bitcoin 121 min dolları keçdi: Kriptobazar yenidən canlanır
FED.az xəbər verir ki, gün ərzində bahalaşma 54,85 dollar və ya 1,38% təşkil edib. Bu, son günlərdə qiymətli metal bazarlarında müşahidə edilən ən ciddi yüksəlişlərdən biri kimi qiymətləndirilir.
Son 30 gündə qızılın dəyəri 9,26% artıb, yəni təxminən 337,35 dollar bahalaşma qeydə alınıb. Daha uzunmüddətli dövrdə isə artım daha da diqqət çəkicidir, son 6 ayda 29,13%, son 1 ildə isə 52,6%. Son 5 ildə isə qızılın dəyəri 106%, son 20 ildə isə 738% artıb. Bu göstəricilər qızılı uzunmüddətli sərmayə aləti kimi daha da cəlbedici edir.
Bir unsiya 31,1 qram olduğuna görə, 1 qram qızılın beynəlxalq bazar qiyməti təxminən 130 dollar civarına bərabərdir. Azərbaycan manatı ilə ifadə etsək, 1 qram qızılın qiyməti təxminən 220 manat ətrafındadır.
Mütəxəssislər hesab edir ki, qızılın 4 000 dollar səviyyəsini aşması psixoloji baxımdan mühüm həddir və əgər bu göstərici qorunarsa, növbəti hədəf 4 100–4 150 dollar aralığı ola bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.