Kriptovalyuta bazarında lider mövqeyini qoruyan Bitcoin (BTC) son günlərdə güclü artım nümayiş etdirib.
AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar - TƏQDİM EDİR
FED.az xəbər verir ki, son məlumatlara görə, Bitcoin-in qiyməti 121 817,66 dollara çatıb. Bu, son 24 saatda 2,15%, həftə ərzində isə 6,33% yüksəliş deməkdir. İlin əvvəlindən bu yana ümumi bahalaşma 30,4% təşkil edib.
Bazarda artan optimizm fonunda Bitcoin-in ümumi bazar dəyəri 2,43 trilyon dollarayüksəlib. Son sutka ərzində 80,9 milyard dollar həcmində Bitcoin alınıb və satılıb. Dövriyyədə isə 19,93 milyon BTC var.
Analitiklərin fikrincə, əgər bu artım dinamikası davam edərsə, Bitcoin qısa müddətdə 125 000 dollar səviyyəsini test edə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.