Dünya bazarında qızılın qiyməti ucuzlaşmasını davam etdirərək 7 aydan da artıq müddətdə ən aşağı həddə düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağı gözləntiləri ilə güclənən dolların möhkəmlənməsi prosesi qızıla da təsir etməkdədir – qiymətli metal ucuzlaşmaqda davam edir.
İyunun 24-də qızılın qiyməti daha 0,4 faiz azalaraq 1 unsiya üçün 3 986 dollara düşüb. Bu noyabr ayından bəri ən aşağı qiymətlir. Belə ki, avqust ayı üzrə fyuçerslərdə qızıl 0,2 faiz azalaraq 4001,60 dollara enib.
«CME FedWatch Tool» şirkətinin məlumatlarına görə, investorlar bu il FED-dən üç dəfə faiz artımı gözləyirlər və sentyabr ayında faiz artımı ehtimalının təxminən 67 faiz olduğunu düşünürlər. Ənənəvi olaraq dolların faiz artımı onun bahalaşmasına, qızılın isə dollar qarşısında ucuzlaşmasına səbəb olur.
Digər qiymətli metallarda isə spot gümüş 0,2% azalaraq 57,33 dollara, platin 0,2% azalaraq 1575,85 dollara düşüb, palladium isə 0,3% artaraq 1170,25 dollar olub.















