Qızılın unsiyasının qiyməti, ABŞ-ın iqtisadi məlumatlarının daha uzun sərt pul siyasətinə səbəb olacağı və FED-in sentyabr iclasında faizini 75 bənd artıracağına dair proqnozlar fonunda son iki ilin ən aşağı səviyyəsinə düşüb.
FED.az xəbər verir ki, qiymətli metal 1654 dollara qədər ucuzlaşıb (Bakı vaxtı ilə saat 12:44-ə olan məlumat).
Artan faizlərin faizsiz qiymətli metala təzyiq göstərdiyi məlumdur. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.