Dünya birjalarında qızılın qiyməti növbəti rekord vurub.
FED.az xəbər verir ki, Nyu-=York əmtəə birjasının bir hissəsi olan COMEX birjasında 2025-ci ilin dekabrına aid fyuçers müqavilələrində qızılın 1 unsiyasının qiyməti 3700 dolları keçib.
Dünən, əvvəlcə Bakı vaxtilə 17-40-da qızılın qiyməti 3701 dollara çatıb. Daha sonra bahalaşma sürətlənib və qızıl 3722 dollara yüksəlib.
Bahalaşmaya səbəb, investorların bu həftə FED-in uçot dərəcəsini aşağı salacağına dair gözləntiləri və qarşıdakı aylarda siyasətin daha da yumşalması ehtimalıdır.
Nəticədə sentyabrın 15-də qızılın unsiyası 3 685 dollara çataraq bütün zamanların ən yüksək səviyyəsini keçib. Daha sonra qiymətlər 3700 dolları da keçib.
Hazırda birjalarda qızılın qiyməti 3719 dollar ətrafındadır.