Dünyada qızılın qiyməti növbəti psixoloji həddi keçib.
Eləcə də bax: Qızıl biraz da bahalaşıb - SON QİYMƏT
FED.az xəbər verir ki, avqustun 6-sı axşam bir unsiya qızılın qiyməti 2053 dolları geridə qoyaraq rekord vurub.
Bu o deməkdir ki, dünya investorları pullarını qorumaq üçün riskli aktivlərdən qaçpaqda və pullarını qızıl kimi «sakit zona»lara yatırmağa davam edəcəklər.
Ekspertlər bildirir ki, qiymətlərin 2 min dolları keçməsi qızılın bundan sonra da bahalaşacağını bildirir.
«AMarkets»in analitiki Artem Deyev bildirib ki, qızılın bahalaşması prosesi ilin sonunadək davam edə və qiymətlər hələ 10-20%-ə də yüksələ bilər.
«Alpari» şirkətinin ekspertləri də hesab edir ki, qızılın hələ də artma ehtimalı var və qiymətlər 2100 dollara çata bilər: «Dünyadakı böhran fonunda investorları pullarını etibarlı aktivlərdə saxlamaqda maraqlıdırlar, qızıl da onlardan biridir».
Qızılın kəskin bahalaşması indiyədək dünyada etibarlı sayıflan digər aktivin - ABŞ xəzinə istiqrazlarına mənfi təsir edə bilər. Ekspertlər hesab edir ki, investorların bir hissəsi ABŞ istiqrazlarını sata bilər. Məsələ bundadır ki, qızılın bahalaşmasından əlavə, ABŞ istiqrazlarının özündə də problem yaranıb, bu kağızlar əvvəlki kimi gəlir gətirmir, hətta mənfi faizə düşə bilər. Hərçənd «TradingView»in nümayəndəsi Vitaliy Kirpiçev bildirir ki, bu hal ABŞ üçün problem yaratmayacaq.
Ekspertlər hesab edir ki, indiyədək bahalaşmasına baxmayaraq qızıla yenə də yatırım etmək, aktivlərin bir hissəsini qızılda saxlamaq əlverişlidir. Amma qızıla yatırımı fiziki şəkildə (yəni qızıl külçələr almaqla) deyil, birja vasitəsilə etmək daha sərfəlidir.