Dünya bazarında qızıl bütün dövrlər üzrə rekordunu yeniləyib. Qızılın 1 unsiyasının qiyməti 2 000 ABŞ dollarını keçib.
Eləcə də bax: Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
FED.az xəbər verir ki, bu günə 2 019 dollar ilə başlayan qızıl 2 010-2 037 dollar arasında dəyişib.
Hazırda qızılın 1 unsiyasının qiyməti 2 030 ABŞ dolları təşkil edir. Bu qiymət qızıl üçün bütün dövrlər üzrə rekord göstəricidir.