ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri qızılın bir troya unsiyasının qiymətinin 5400 dollara yüksələcəyini proqnozlaşdırırlar.
Qızıl bu il nə qədər bahalaşacaq? –YENİ PROQNOZ –YATIRIM ÜSULLARI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qızıl qiyməti ilə bağlı ortamüddətli proqnozu dəyişməyən analitiklər cari ilin sonuna qədər qiymətin daha da artacağını gözləyirlər. Buna səbəb kimi mərkəzi bankların qızıl alışlarının davam etdirməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini daha iki dəfə endirəcəyi ilə bağlı gözləntilər göstərilir.
Analitiklərə görə, qızılın qiyməti qısa müddətdə hələ də taktiki eniş riskləri ilə üzləşir və enerji təchizatı şoku pisləşərsə, unsiyası üçün 3800 dollara qədər düşə bilər. Bildirilir ki, Yaxın Şərqdəki münaqişə ənənəvi Qərb aktivlərində sürətli diversifikasiyaya töhfə verərsə, bu, qızılın qiymətində yuxarı istiqamətli hərəkətə əhəmiyyətli təsir göstərəcək.
Qeyd edək ki, qızılın qiymətindəki artım tendensiyası iki gündür davam edir. Hazırda qızılın bir troya unsiyasının qiyməti 4580-4600 dollar civarında dəyişir. Yaxın Şərqdəki münaqişə başlayandan bəri isə qızıl dəyərini 13 faiz itirib. (Azərtac)












