Dünya bazarında qızılın qiyməti ucuzlaşmaqda davam edir.
Britaniya şirkəti Azərbaycanda 1 milyon unsiya - QIZIL ÇIXARIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son bir ayda qızılın bir unsiyasının (31 qram) qiyməti 673 dollar ucuzlaşaraq fevralın 22-dəki 5247 dollardan hazırda 4594 dollara enib. Yəni qızılın qramının qiyməti 169 dollardan 148 dollara enib.
Hərracların gedişində qızılın qiyməti hətta qısa müddətə 4500 dollardan da aşağı olub, sonradan qiymətlər yenidən artıb.
Ucuzlaşmaya baxmayaraq, son bir ildə qızılın qiymətində təqribən 49% artım var. Belə ki, bir il əvvəl qızhılın qiyməti 3071 dollar idi – qramı 99 dollar.
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın 1 unsiyasının qiyməti 5 500 dolları keçə bilər"
Dünya bazarında qızılın qiymətinin dəyişməsi Azərbaycanın qızıl bazarına da təsirini göstərib.
Məlumat üçün bildirək ki, Azərbaycanda qızılın aktiv satılıb-alındığı yer Mərkəzi Univermaqdır. FED.az-ın ticarət mərkəzindən hazırladığın reportajı buradan oxumaq olar.












