Dünya birjalarında dolların ucuzlaşması və daha təhlükəsiz investisiya alətlərinə tələbat fonunda qızıl rekord həddə çatıb.
FED.az xəbər verir ki, bir unsiya qızılın qiyməti 3400 dollar olaraq tarixin ən yüksək səviyyəsinə çatıb. Eyni zamanda, dollar 2024-cü ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb. Məlumata görə, prezident Tramp FED sədri Cerom Paueli işdən çıxarmağı düşünür və faiz dərəcələrinin aşağı salınması lazım olduğunu bildirir.
Bu ilki artımı nəzərə alan banklar qızılın gələcəyi ilə bağlı daha optimist olublar. Goldman Sachs qızılın 2025-ci ilin ortalarında 4000 dollara çata biləcəyini proqnozlaşdırır.