Qlobal bazarlarda qızılın qiyməti yenidən yüksəliş trendinə girib.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (28 aprel – 2 may, 2025)
FED.az xəbər verir ki, hal-hazırda qızılın bir unsiyasının dəyəri 3.241,36 ABŞ dolları səviyyəsindədir. Bu, son bir gündə +23,87 dollar və ya +0,74% artım deməkdir.
Qısa müddətli baxışda da qızıl müsbət dinamika nümayiş etdirir. Son 30 gündə qiymət +114,47 dollar və ya +3,69%, son 6 ayda isə +479,81 dollar (+17,53%) artıb.
Lakin daha diqqətçəkən göstərici illik və çoxillik dövrlər üzrə müşahidə olunur. Son 1 ildə qızılın qiyməti +915,09 dollar yüksəlib ki, bu da +39,75% artım deməkdir. 5 il ərzində bu göstərici +1.513,77 dollar və ya +88,85%, 20 il ərzində isə +2.789,15 dollar və +651,16% təşkil edib.
Uzunmüddətli baxışda bu rəqəmlər investorların qızıla olan inamının artdığını və onu etibarlı sərmayə aləti kimi gördüklərini sübut edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.