Vaxtilə qızıla yatırımı ciddi samayan, hətta bunu edənlərə lağ edən məşhur investor Uoren Baffet, «Barrick» qızıl hasilatı şirkətinin səhmlərini alıb.
Eləcə də bax: Xaricdən qızıl zinət əşyalarının idxalı - 21 DƏFƏ AZALIB
FED.az xəbər verir ki, Baffetin şirkəti «Berkshire Hathaway Inc» 2020-ci ilin 2-ci rübündə dünyanın 2-ci ən byöük qızıl hasilatçısı olan «Barrick Gold Corp»un səhmlərini də öz pportfelinə əlavə edib. ikinci rübdə portfelinə əlavə edib. Bu alqı-satqı nəticəsinldə sözügedən şirkətin səhmləri kəskin bahalaşıb.
Baffetin şirkəti «Barrik»in səhmlərinin 1,2 faizini, yəni təqribən 20,9 milyon ədəd səhm alıb, bunun ümumi qiyməti 560 milyon dollar təşkil edir.
Baffet vaxtilə qızıla yatırımları ciddi saymaması ilə məşhurdur. İllər əvvəl o qızıla sərmayə qoyuluşunu kənd təsərrüfatı kimi riskli və zərərli saymışdı. Bununla birlikdə istehsal dəyəri sabit qalsa da, qiymət artımı nəticəsində mənfəətin artımı qızıl mədənçilərini getdikcə cəlbedici bir investisiya halına gətirib.
«Barrick» və «Newmont Corp» kimi iri qızıl hasilatçıları ümid edir ki, vaxtilə qızılın ucuz vaxtında bu sahəni tərk edən investorlar yenidən qayıdacaq. Artıq digər investorların da yatırım etməsi səbəbindən Nyu-York birjasında «Barrick»in səhmləri 8,11% artıb.
"Mən gümüş kralı idim"
Uoren Baffet qızıla olmasa da gümüşə yatırım edib. 1997-ci ildə tələbin təklifi üstələməsi gözləntisi ilə o 129,7 milyon unsiya gümüş almışdı və sonradan onun bir hissəsini unsiyası təqribən 6 dolardan satıb. «Mən bir müddət gümüş padşahı idim"-deyə Baffyet 9 il sonra xatırlayırdı.
Qızıl qiymətindəki artım investorların bu sənayeyə milyardlarla dollar yatırmasna səbəb olub. Qızıl hasilatı şirkətləri ikinci rübdə 2,4 milyard dollar yatırım əldə ediblər.
Xatırladaq ki, FED-in faiz dərəcələrinin azaldılması və istiqraz gəlirlərinin azalması ilə dəstəklənən və indiyədək investorlarına fayda gətğirməyən qızıl 2011-ci ilin rekordunu vurduqdan sonra bu il 2000 dollara qədər bahalaşıb. Cümə günü isə qızılın unsiyası 1 945 dollar səviyyəsində yüksəlib.
İnvestorlar qızılla bağlı fikirlərini dəyişə bilər
Ancaq bu ay yayımlanan məlumatlar hedc fondu menecerlərinin hazırkı mövqelərini ehtiva etmir. İkinci rübün sonundan etibarən investorlar qızılla bağlı fikirlərini dəyişə bilər.