Qızılın qiyməti rekord həddə çatıb.
Azərbaycanda Ramazan ayında qızıl bazarında vəziyyət necədir? - AÇIQLAMA
Gürcüstan Milli Bankı ilk dəfə beynəlxalq ehtiyatlarına monetar qızıl əlavə edib
FED.az xəbər verir ki, bu il Çin və digər mərkəzi bankların qiymətli metal alışlarını artırması və Yaxın Şərq və Ukraynada siyasi risklərin artması kimi amillərlə əlaqədar olaraq qızılın qiyməti artıb.
Qeyd edək ki, qızıl 2023-cü ilin əvvəlindən bəri ən yaxşı qiymət artımını nümayiş etdirib.
Spot qızıl London vaxtı ilə saat 09:43-də 1 faiz bahalaşaraq 2,396,11 dollar/unsiyaya satılıb. Eyni zamanda gümüşün qiymətində də artım müşahidə edilib. Belə ki, gümüş bir unsiya üçün 29,2295 dollara qədər bahalaşıb.
Bloomberg Dollar Spot İndeksinin noyabr ayından bu yana ən yüksək səviyyələrə yaxınlaşdığı bir vaxtda platin və palladium kimi digər qiymətli metalların da qiyməti yüksəlib.