Mayın 21-də qızıl bazarlara güclü qayıdış etdi – qiymət 1% artaraq 3 315 dollara çatdı. Səhərin ilk saatlarında yüngül geriləmə yaşansa da, gün irəlilədikcə qiymətlər sürətlə yüksəldi. Nəticədə qızıla 32.82 dollar əlavə olundu və günə güclü start verildi.
Bitcoin yeni zirvədə - 107 MİN ARTIQ DOLLAR GERİDƏDİR!
FED.az xəbər verir ki, son 6 ayda qızıl dəyərinə 566 dollar əlavə edib – bu isə 20.85% artım deməkdir. Daha da diqqət çəkən məqam, son 1 ildə qızılın təxminən 900 dollar dəyər qazanmasıdır, yəni 37.80% yüksəliş. Bu, təkcə təhlükəsiz liman deyil, həm də yaxşı gəlir mənbəyi olduğunu göstərir.
Uzunmüddətli göstəricilər isə qızılın sarsılmaz dayaq olduğunu təsdiqləyir. 5 illik müddətdə qızıl 1 546 dollar, son 20 ildə isə 2 865 dollar dəyər qazanıb – bu da tam 685.95% artım deməkdir.
Qısası, qızıl heç vaxt sıradan çıxmır. Bəzən kriptovalyutalar parlayır, bəzən fond bazarları cəlbedici görünür, amma qızıl həmişə arxada dayanan, amma daim yüksələn sabit gücdür.
Bu gün qızıl 3 315 dollarla yeni həftəyə inamla başlayıb. Görək qarşıdakı günlər bu yüksəlişi davam etdirəcəkmi?
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.