Qızıl ucuzlaşaraq bir unsiyası 1631 ABŞ dollarına düşüb.
FED.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,31 % və ya 5,05 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 631,15 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,11 % düşərək 1 unsiyası 18,133 ABŞ dolları təşkil edib.
Qiymət artımını şərtləndirən amillərdən biri dolların məzənnəsidir. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,52 % artaraq 114,7 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.
Qiymətli metalın qiymətinin düşməsinə təsir edən digər amil ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,963%-dən 3,984% səviyyəsinə qalxıb.(Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.