Qızılın qiyməti bazarlarda yeni rekorda imza atıb.
Bitcoin yenidən "üzü aşağı" getdi - QİYMƏT UCUZLAŞDI
FED.az xəbər verir ki, hal-hazırda bir unsiya qızılın dəyəri 4 361,61 ABŞ dolları səviyyəsinə çatıb. Gündəlik artım 71,48 dollar və ya 1,67% təşkil edib. Bu göstəricilər əsasında bir qram qızılın təxmini dəyəri 238 manat civarındadır (1 unsiya=31,1 qram).
Son 30 gün ərzində qızılın qiyməti 645,34 dollar və ya 17,7%, son 6 ayda isə 975,01 dollar və ya 29,4% bahalaşıb. Bir il ərzində qızılın dəyəri 58,1%, beş il ərzində isə 125,4% artım göstərib. Uzunmüddətli dövrdə, yəni son 20 ildə, qızılın qiyməti 807,6% artaraq sərmayə baxımından etibarlı aktiv statusunu bir daha təsdiqləyib.
Gümüş bazarında da müsbət dinamika müşahidə olunur. Hazırda bir unsiya gümüşün qiyməti 54,46 dollar, artım isə 0,48 dollar və ya 0,89% təşkil edib. Son 30 gündə gümüş 29,1%, altı ayda isə 66,6% bahalaşıb.
Analitiklər bildirirlər ki, qiymətli metalın yaxın həftələrdə 4 400 dollar həddini də keçməsi mümkündür.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.