Qızıl bazarında son günlər diqqət çəkən dinamika yaşanır.
Bitcoin yeni hədəfə doğru: 110 min dollar üfüqdə görünür
FED.az xəbər verir ki, hazırda qızılın unsiya qiyməti $3,288.13, bu isə 13.15 dollar və ya 0.40% gündəlik artım deməkdir.
Son 30 gündə qiymətlər 2.92% və ya 98.55 dollar ucuzlaşsa da, 6 ay ərzində qızıl 650.49 dollar və ya 24.79%, son 1 ildə isə 942.74 dollar və ya 40.42% bahalaşıb. 5 il ərzində bu artım 1,504.39 dollar və ya 84.97%, son 20 ildə isə 2,841.82 dollar və ya 656.06% təşkil edib.
Ekspertlər bildirirlər ki, qlobal geosiyasi risklər və iqtisadi qeyri-müəyyənliklər fonunda investorlar yenidən qızıla üz tutur. Bazarda optimizm artmaqdadır – çünki təhlükəsiz liman kimi tanınan qızıl, qısamüddətli dalğalanmalara baxmayaraq, uzunmüddətli perspektivdə inamlı artım tendensiyasını qoruyur.
Bəzi analitiklər bildirirlər ki, ilin sonuna doğru qızıl qiymətləri yeni tarixi zirvələrə çata bilər, çünki mərkəzi banklar və iri fondlar tədricən fiziki qızıl ehtiyatlarını artırır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.