2025-ci ilin iyun ayının 28-nə olan məlumata əsasən, qızılın qiyməti $3,274.23 səviyyəsinə geriləyib.
Bitcoin 107 min dolları aşdı - SON QİYMƏT
FED.az xəbər verir ki, bu son 24 saat ərzində $59.28 və ya 1.78% azalma deməkdir. Qısa müddətli bu eniş investorların qazanc realizasiyası və maliyyə bazarlarındakı ümumi korrektiv hərəkətlərlə əlaqələndirilir.
Lakin uzunmüddətli göstəricilər hələ də güclü müsbət dinamikanı qoruyur. Belə ki, son 1 ildə qızıl qiymətləri $1,008.11 və ya 43.35%, son 5 ildə isə $1,561.40 və ya 88.11% artıb.
Son 6 ayda qiymət $727.28 və ya 27.91%, 20 il ərzində isə $2,896.14 və ya 662.18% yüksəlib. Bu, qızılın uzunmüddətli dövrdə sərmayə üçün təhlükəsiz liman statusunu qoruduğunu təsdiqləyir. Analitiklər bildirirlər ki, qlobal iqtisadi qeyri-müəyyənliklər davam etdiyi müddətcə qızıl yenidən yüksəliş mərhələsinə keçə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.