Bu ilin 2-ci rübündə dünyada qızıla tələbat 6% azalıb.
FED.az xəbər verir ki, aprel-iyun aylarında qızıla qlobal tələbat 2023-cü ilin ikinci rübü ilə müqayisədə 6% azalaraq 929 ton təşkil edib. Bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir.
Analitiklər bu nəticəni qiymətli metalın rekord qiymətləri və zərgərlik məmulatlarına tələbatın kəskin azalması ilə əlaqələndirirlər. son 3 ayda eyni zamanda qızıl satışları 19% azalaraq 391 ton təşkil edib ki, bu da son dörd ilin ən aşağı göstəricisidir.
Bununla yanaşı, rüb ərzində ümumi qızıl təklifi 4% artaraq 1258 tona çatıb. WGC-nin məlumatına görə, bu, 2000-ci ildən bəri ikinci rübün ən yüksək göstəricisidir.
Dövr ərzində qlobal mərkəzi bankların qızıl alışı illik müqayisədə 6% artaraq 183,4 tona çatıb.