Bu gün beynəlxalq bazarlarda qızılın qiymətində cüzi eniş müşahidə edilib.
Bitcoin 111 min dollar səviyyəsini qoruyur - SON QİYMƏT
FED.az xəbər verir ki, bir unsiya qızılın qiyməti 15,97 dollar azalaraq 4 113,48 dollar səviyyəsində qərarlaşıb. Bu, günlük 0,39%-lik azalma deməkdir. Hazırkı kursa əsasən, bir unsiya qızıl (31,1 qram) təxminən 4 113 dollar dəyərindədir. Bu isə bir qramın qiymətinin təxminən 225 manat civarında olduğunu göstərir.
Gümüş bazarında da oxşar dinamika müşahidə olunur, bir unsiya gümüşün qiyməti 0,36 dollar azalaraq 48,6 dollara düşüb, bu isə 0,72%-lik ucuzlaşma deməkdir.
Günlük ucuzlaşmaya baxmayaraq qızılın son 30 gündə 10,4%, son 6 ayda isə 23,9% artdığı, 1 il ərzində isə 50,2% bahalaşdığı görünür. Uzunmüddətli göstəricilər isə daha təsirli rəqəmlərlə diqqət çəkir. Belə ki, qızılın qiyməti son 5 ildə 117,1%, 20 ildə isə 778,09% bahalaşıb. Dollar ifadəsində isə bu artım 5 ildə 2 227,42 dollar, 20 ildə isə 3 659,18 dollar təşkil edib.
Analitiklər qeyd edirlər ki, qızıl qiymətləri yaxın həftələrdə yenidən 4 150-4 200 dollar aralığına yüksələ bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













