Amerika fond bazarında "Dow Jones" indeksi 0,72% - 24 924,98 bəndədək, "S&P 500" 0,72% - 2 635,67 bəndədək, NASDAQ isə 0,42% - 7 100,90 bəndədək ucuzlaşıb.
FED.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,30% - 7 543,20 bəndədək, Almaniya DAX-ı 1,51% - 12 802,25 bəndədək, Fransa CAC-40-ı 0,16% - 5 529,22 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,10 dollar artaraq 1 309,70 dollara, gümüşün unsiyasının qiyməti 0,07 dollar artaraq 16,45 dollara satılıb.