Qızıl keçən həftəki tarixi maksimumuna yaxın səviyyədə ticarət olunmağa davam edir. ABŞ-da iqtisadi aktivliyin zəifləməsi, istehlakçı etimadının azalması və inflyasiya gözləntilərinin artması investorları daha təhlükəsiz aktivlərə yönəldib.
Bitcoin ucuzlaşır, qiymət enişi davam edir - SON QİYMƏT
FED.az xəbər verir ki, hazırda qızılın unsiya qiyməti 2,937 dollar ətrafında dəyişir, bu isə ardıcıl səkkizinci həftəlik artımdır. Son günlərdə qızıla bağlı fondlara tələbin kəskin artması bazarda qiymətlərin yüksəlməsinə əlavə dəstək olub. ABŞ Federal Ehtiyat Sisteminin nümayəndələri inflyasiya göstəriciləri ilə bağlı ehtiyatlı açıqlamalar versələr də, bazarlar faiz dərəcələrinin azalması gözləntilərini gücləndirib. İndi ilk faiz endiriminin iyul ayında baş verəcəyi proqnozlaşdırılır.
İlin əvvəlindən 27% bahalaşan qızılın qiymətinin il sonuna qədər 3,100 dollara çata biləcəyi ehtimal edilir. Qlobal ticarət və geosiyasi qeyri-müəyyənliklər, həmçinin mərkəzi bankların artan qızıl ehtiyatları bu bahalaşmanın əsas faktorları kimi göstərilir. Bu həftə bazarlar Federal Ehtiyat Sisteminin əsas inflyasiya göstəricisini izləyəcək, lakin yüksək inflyasiya fonunda faiz azalmalarının ehtiyatla həyata keçiriləcəyi gözlənilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.