2025-ci ilin iyunun 27-nə olan məlumata əsasən, qızılın qiyməti 1 unsiya üçün $3,294.23 səviyyəsində qərarlaşıb.
Kripto zirvəsi yaxınlaşır: Bitcoin 110 min dollara doğru
FED.az xəbər verir ki, bu son bir gün ərzində $39.28 və ya 1.18% azalma deməkdir. Lakin bu geriləmə qızılın orta və uzunmüddətli yüksəliş tendensiyasını dəyişmir – əksinə, bu cür kiçik korrektələr sağlam bazar davranışı kimi dəyərləndirilir.
Son 30 gündə qızıl qiyməti $12.09 və ya 0.36% artıb. Altı ayda isə bu artım $727.28 və ya 27.91%, bir il ərzində isə $1,008.11 və ya 43.35% təşkil edir. Bu göstəricilər qızılın uzunmüddətli dövrdə çox sabit və gəlirli aktiv olduğunu açıq şəkildə göstərir. Xüsusilə son 5 ildə $1,561.40 (+88.11%) və 20 il ərzində $2,896.14 (+662.18%) artım, qızılı sərmayə baxımından etibarlı sığınacaq halına gətirib.
Hazırda baş verən bu yüngül korreksiya fonunda analitiklər qiymətin 3300 dollar səviyyəsində konsolidasiya olunacağını, sonra isə bazardakı makroiqtisadi amillərin təzyiqindən asılı olaraq yeni bir istiqamət seçəcəyini proqnozlaşdırırlar. ABŞ-da inflyasiyanın gedişatı, geosiyasi risklər və mərkəzi bankların rezerv siyasətləri bu istiqaməti müəyyənləşdirəcək əsas faktorlar olacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.