Hal-hazırda qızılın bir unsiya qiyməti 3.318,47 ABŞ dolları səviyyəsində bağlanıb.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (21 - 25 aprel, 2025)
Qeyd edək ki, gün ərzində qızılın dəyəri 16,17 dollar və ya 0,49% azalıb. Qrafiklərə görə, günün əvvəlində başlayan dalğalanmalar günorta saatlarında daha da dərinləşib və qiymətlər bir müddət aşağı səviyyələrdə qalıb.
Gümüşün qiyməti isə daha çox gerilədi. Bir unsiya gümüşün qiyməti 33,11 ABŞ dolları olub ki, bu da gün ərzində 0,42 dollar və ya 1,26% azalma deməkdir.
Qızılın son dövrlərdəki ümumi performansı isə müsbət olub. Son 30 gündə qızılın qiyməti 9,34% artaraq 284,74 dollar yüksəlib. Son 6 ayda artım 591,77 dollar və ya 21,57%, son 1 ildə isə 997,94 dollar və ya 42,71% təşkil edib. 5 il ərzində qızılın dəyəri 1.625,29 dollar və ya 95,08% yüksəlib. Uzunmüddətli baxışda isə, son 20 ildə qızılın qiyməti 2.898,90 dollar artaraq 665,27% bahalaşıb.
Hazırda investorlar qiymətli metallardakı bu dəyişiklikləri diqqətlə izləyir və bazarda gələcək tendensiyaları qiymətləndirməyə çalışırlar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.