Hazırda gündəmdə olan məsələlərdən biri də qiymətli kağızların vergiyə cəlb olunmasında tətbiq olunacaq yeniliklərdir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının analitiki Arif Cəlilov FED.az-a bildirib ki, qiymətli kağızların alqı-satqısı o cümlədən uçotu məsələləri ilə bağlı , həmçinin ikili vergi tutma məsələlərinin və kapital gəlirlərindən vergi tutma ilə bağlı palata tərəfindən təkliflər paketi hazırlanır.
Eləcə də bax:"Bakı Fond Birjası"nda ticarət tarifləri üzrə dəyişikliklər - TƏSDİQLƏNİB
“Hal-hazırda qiymətli kağızlarla bağlı təkliflər paketi razılaşma mərhələsindədir. Bu vergi dəyişikliklərinin tətbiqindən sonra bazara növbəti stimul olacağını düşünürük. Bu ilin əvvəlindən qiymətli kağızlar bazarında müəyyən bir vergilər tətbiq olundu. Amma əsas nəzərdə tutduğumuz paket , daha iri dəyişikliyi nəzərdə tutan paketin tətbiqi üçün vaxt tələb olunur. Növbəti müddətlərdə bunun da tətbiqinə ümid edirik”- deyə Arif Cəlilov bildirib.