“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının qərarı və maliyyə bazalarına nəzarət edici orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankının müsbət rəyi əsasında yenilənmiş “Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili” qaydaları təsdiq olunub.
Eləcə də bax: Qiymətli kağızların qeydiyyatı üçün - YENİ RÜSUMLAR
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, yenilənmiş qaydalara əsasən listinqlə bağlı sənəd dövriyyələri azaldılmışdır.
Son olaraq, yenilənmiş qaydalarda əsas bazar seqmentinin adında dəyişiklik edilmiş “əsas” sözü “premium” sözü ilə əvəz olunmuşdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.