"Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBİA) İctimai Birliyinin video formatda Ümumi Yığıncağı keçirilib.
FED.az bu barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.
Məlumata görə, iclasda, qanunvericiliyə ölkənin qiymətli kağızlar bazarının inkişafına təkan verə biləcək dəyişikliklər ilə bağlı təkliflər, təkrar bazarda keçirilən əqdlər üzrə hesablaşmalar, AFBİA-nın ekspert qruplarının yaradılması və digər cari məsələlər müzakirə edilib. Görüş zamanı gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılmış və yekun olaraq müvafiq qərarlar qəbul edilib.
Yığıncaqda investisiya şirkətlərinin, "Bakı Fond Birjası" QSC-nin və MDM-in nümayəndələri iştirak edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.