Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar - mart dövrü üzrə qiymətli kağızlar bazarının icmal göstəricilərini açıalyıb.
Eləcə də bax: Azərbaycanın qiymətli kağızlar bazarı - 24% BÖYÜYÜB
FED.az xəbər verir ki, cari ilin ilk rübündə qiymətli kağızlar bazarının həcmi 5 milyard 284.1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Bazarın 2 milyard 858.1 milyon manatını ilkin, 2 milyard 426 milyon manatını təkar bazar təşkil edib.
İlk rübdə korporativ qiymətli kağızlar bazarının həcmi 406.9 milyon manat olub ki, bu da cəmi bazarını 7,7%-dir. (Marja)