2017-ci ildə Azərbaycanda qiymətli kağızlar bazarı 2,4 dəfə böyüyüb. FED.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası (BFB) məlumat yayıb. Birjanın məlumatına görə, 2017-cı ilin yanvar-dekabr ayları ərzində BFB-də bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 13 milyard 618,5 milyon manat təşkil edib. Bu 2016-cı illə müqayisədə 2,4 dəfə artıqdır. Xatırladaq ki, 2016-cı ildə qiymətli ağızlar bazarının həcmi 5 696,1 milyon manat təşkil edib. 2017-ci ildə qiymətli kağızlar bazarında bağlanan əqdlər isə 1,8 dəfə artaraq 87 334 minə çatıb.
Ötən il qiymətli kağızlar bazarının böyük hissəsi 44,5%-i dövlət qiymətli kağızlarının, 43,5%-i törəmə maliyyə alətlərinin, 6,3%-i istiqraz bazarının, 5,2%-i səhm bazarının payına düşüb.
Ayrı-ayrı alətlərin dövriyəsində ən byöük artım AMB-nin notlarında qeydə alınıb. 2017-də not buraxılışları 19 dəfə artaraq 5,2 milyard manatı keçib. Maliyyə Nazirliyinin dövlət istiqrazlarının həcmi 1,48 dəfə artaraq 839,4 milyon manata çatıb. Pay bazarı 6 dəfə artaraq 709,6 milyn manat olub. 2017-ci ildə Azərbaycanın qiymətli kağızar bazarında REPO əməliyatlarının həcmi 25 dəfə artaraq 2016-cı ildəki 2 milyon manatdan, 51,55 milyon manata çatıb. Artımın əsas səbəblərindən biri SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının başlanmasıdır. 2017-ci ilin son iki ayında bu kağızlarla 12 mln dollarlıq və ya təqribən 20 milyon manatlıq REPO əməliyyatı aparılıb.