Bitkoin 3% uculaşıb. FED.az xəbər verir ki, gecə saatlarında 10 800 dollara qədər bahalaşan bitkoin səhər saatlarına sürətlə ucuzlaşaraq 10 387 dollara qədər ucuzlaşıb.
Ümumilikdə isə son bir həftə ərzində bitkoinin qiyməti 9 000 – 11 400 dollar arasında dəyişib.
Sentyabr 5-dən 6-na keçən gecə ümumi dəyəri 1 milyard dollar olan qeyri-adi tranzaksiya baş tutub. Bu tranzaksiyanı bi qədər də qəribə edən 700 dollarlıq komissiya haqqı olub.
“Whale Alert” in məlumatına görə, tranzaksiyada bu günə kimi tranzaksiyada iştirak etməyən hesablar iştirak edib. Həmçminin bu hesabların heç bir birjaya aid olmadığı bildirilir.
Məlumata görə, 700 dollar komissiya haqqı ödəyən naməlum şəxs bu əməliyyatı cəmi 35 dollara da edə bilərmiş. Lakin o daha baha yolu seçdiyi bildirlir.