Qətər dvləti Türkiyəyə böyük yatırımlar qoyacaq.
FED.az xəbər verir ki, bu barədə razılıq Türkiyə və Qatar birgə komissiyasının dünən keçirilən 6-cı iclasında qəbul edilib.
Razılaşmaya görə, Hazırda 90%-i Türkiyənin Varlıq Fonduna (TVF) məxsus olan İstanbul Birjasının 10%-i Qətərə satılacaq. Qətər tərəfdən alıcı kimi Qətər Dövlətinin İnvestisiya Fondu çıxış edəcək. Alqı-satqıdan sonra birjanın 80,6% i yenə də Türkiyə Varlıq Fonduna məxsus olacaq.
Prezident Kompleksində təşkil edilən mərasimdə TVF CEO-su Zafer Sönmez və QIA CEO-su Mansur bin Ebrahim Al-Mahmud tərəfindən imzalanan müqavilədə Borsa İstanbul rəhbərliyi üçün iki qurum arasında gələcək əməkdaşlıq da yer alır.
Hazırda TVF yüzdə 90,6 payla Borsa İstanbulun ən böyük səhmdarıdır. Səhmlər Qətər Dövlətinin investisiya fondu olan QIA-ya təhvil verildikdən sonra Borsa İstanbulun yüzdə 80,6-nı tutmağa davam edəcək.