Qəhvənin topdansatış qiyməti son 45 ildə ən yüksək həddə çatıb.
Kakaonun qiyməti rekord dərəcədə eniş yaşadı - YENİ MƏBLƏĞ
FED.az xəbər verir ki, Beynəlxalq Qəhvə Təşkilatının yeni hesabatına görə robusta qəhvəsinin topdansatış qiyməti aprel ayının sonlarında əvvəlki ayla müqayisədə 17% artaraq bir funt üçün 1,94 dollara çatıb. Bu göstərici 1979-cu ildən bəri ən yüksək səviyyədir.
Qeyd edək ki, robusta paxlası bütün dünyada ən populyarlardandır və qlobal qəhvə istehlakının təxminən 40%-ni təşkil edir. Qiymətin qalxması dünyanın ən böyük robusta paxlası istehsalçısı olan Vyetnamda isti və quru hava səbəbilə məhsulun az olması ilə əlaqələndirilir.
Beynəlxalq Qəhvə Təşkilatının yeni hesabatında mart ayında qlobal yaşıl qəhvə ixracının 9,4%, Cənubi Amerika ixracının isə 33,1% artdığı və bu artımın böyük ölçüdə Braziliya tərəfindən həyata keçirildiyi bildirilir. Bununla belə, Meksika və Mərkəzi Amerikadan ixracın 1,9%, Asiya və Okeaniyadan ixracın isə 9,7% azaldığı bildirilir. Bu məlumatlar dünya miqyasında qəhvə ticarətinin müxtəlif bölgələrdə necə dəyişdiyini göstərir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.