Qlobal qəhvə tələbatında azalma gözlənilir.
Əmtəə bazarında düyü qiymətləri "əriyir" - DETALLAR
FED.az xəbər verir ki, Rabobank analitiklərinin son hesabatına görə, bu il dünya üzrə qəhvə istehlakında 0.5%-lik azalma proqnozlaşdırılır. Əsas səbəb kimi yüksək pərakəndə qiymətlərin davam etməsi göstərilir.
Nyu-York birjasında arabica növlü qəhvə qiymətləri noyabr ayından bu yana ən aşağı səviyyəyə düşüb. Ən çox alınıb-satılan kontrakt bir funt üçün 2.796 ABŞ dollarına qədər ucuzlaşıb ki, bu da 4.2% azalma deməkdir. Londonda isə robusta növlü qəhvənin qiyməti 4.4% düşərək aşağı yönlü tendensiyanı davam etdirib.
Qiymətlərin ucuzlaşmasına səbəb kimi Braziliyada qəhvə yığımının sürətlənməsi göstərilir. Bu ölkə dünyada arabica növlü qəhvənin ən böyük istehsalçısıdır. Ötən ilin eyni dövründə yığımın 42%-i tamamlanmışdısa, bu il iyunun sonuna qədər yalnız 31%-i yığılıb. Lakin hava şəraiti son günlərdə dəyişərək quraq və isti olub, bu da yığım prosesini sürətləndirir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.