Qazaxıstanda bu gün bəzi valyutadəyişmə məntəqələri dolları 369 təngəyə mübadilə edib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan Fond Birjalarında dolların məzənnəsi 367,52 təngəyə kimi bahalaşıb. Bu, 2016-cı ilin fevralından bəri ən pis göstəricidir.
"Sputnik Qazaxıstan" dünən dolların dəyərinin 365,43 təngə olduğunu xəbər verib. Bəzi valyutadəyişmə məntəqələri dolları 369 təngəyə mübadilə edir.
Bundan əvvəl analitik Alpari Vadim Yusub sentyabrın əvvəllərində dolların 350-360 təngə olacağını proqnozlaşdırmışdı.
Milli Bankın sədri Daniyar Akişev isə yaxın 2 ildə inflyasiyanın 5-7 faiz olacağını bildirmişdi. O, bunu Rusiyaya qarşı sanksiyalar və təngənin ucuzlaşması ilə əlaqələndirmişdi.
Qazaxıstan təngəsi də "təngə gəldi"
21:33
4 Sen 2018