Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akişev bildirib ki, bank kriptovalyutaların bütün növlərinin mayninqini qadağan etmək niyyətindədir. FED.az xəbər verir ki, bank rəhbəri bildirib: «Mərkəzi Bank bu məsələyə çox konservativ yanaşır və mən yalnız sərt yanaşmanı alqışlayıram. Yəni biz mili valyutamızla kriptovalyta alqı-satqısını qadağan etmək istəyirik. Eləcə də biz bu sahədə birjaların istənilən fəaliyyətini və istənilən növ mayninqi qadağan etmək istəyirik».
Eləcə də bax: Bitkoin 1000 dollara yaxın ucuzlaşdı – QİYMƏTLƏR
Akişev bildirib ki, kriptovalyutalar çox böyük problemlər yaradırlar. ONlardan ən başlıcası – bu xidmətlərdən istifadə edənlərin hüquqlarının qorunmasıdır. Digər problem – kriptovalyutaların qanunsuz hərəkətlərdə istifadə edilməsidir.
Qazaxıstan kriptovalyuta mayninqini qadağan edəcək
20:11
30 Mart 2018