Analitiklər yaxın altı il ərzində dolların aqibəti barədə proqnoz veriblər. FED.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ valyutasının gələcəyi barədə proqnoz Maliyyə təşkilatların ən nüfuzlu üzvlərinin anilitikləri arasında geniş müzakirə mövzusu olub.
Morgan Stanley bankının analitikləri bildirir ki, ABŞ dolların yaxın 6 ildə dünya iqtisadiyyatının artımı fonunda azalması gözlənilir. Onların proqnozuna əsasən gələcək iqtisadi artım Federal Rezerv Sisteminin faiz dərəcəsinin təsirini azalmasını təmin edəcək. Bəzi ekspertlər isə bunun əksinə iqtisadi artım dolların möhkəmlənməsinin əsas meyarı olacağını təxmin edirlər.
Dollar öz zirvə nöqtəsinə bu ilin yanvarında çatıb,çox güman ki, yaxın altı il ərzində biz dolların düşmə trendinin şahidi olacayıq- bunu Morgan Stanley bankının qlobal vayuta bazarının strategiyasına cavabdeh olan experti Hans Redeker qeyd edib.
Qarşıdakı 6 ildə dolların aqibəti – PROQNOZ AÇIQLANDI
12:51
17 Noy 2017