29 iyun 2020-ci il tarixində saat 11:00-da Bakı şəhəri,Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında “Qaradağ” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: "Sabunçu Əyrici"nin səhmdarları toplaşır - YIĞINCAQ
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2019-cu ilin yekunu üzrə təftiş komissiyası hesabatının təsdiq edilməsi haqqında;
2. 2019-cu ilin mühasibat balansı və illik hesabatının təsdiq edilməsi haqqında;
3. 2019-cu ilin mənfəət və zərər hesabatının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi haqqında;
4. Müşahidə şurasının tərkibində dəyişiklik edilməsi haqqında;
5. Təftiş komissiyasının tərkibində dəyişiklik edilməsi haqqında.
Yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün səhmdarlar bildirişdə göstərilən ünvana müraciət edə bilərlər.
Müraciət olunduğu halda həmin materiallarla tanış olmaq üçün onlara lazımi şəraitin yaradılması təmin ediləcəkdir.
İllik ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 330-58-98