Qarabağda aparılan hərbi əməliyyatlar və Ermənistan qoşunlarınnı ardıcıl məğlubiyyətləri erməni tərəfinə iqtisadi problemlər də yaratmağa başlayıb.
Eləcə də bax: Elman Rüstəmov: "Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər"
FED.az xəbər verir ki, beynəlxalq maliyyə bazarlarında Ermənistanın dollar istiqrazları kəskin ucuzlaşıb. Əslində Ermənistanla yanaşı, Azərbaycanın istiqrazlarnın qiymətində də enmə var, amma bu daha azdır.
Qeyd edək ki, hərbi əməliyyatlar sentyabrın 27-də başlanıb, ermənilərin dəfələrlə təkrarlanan və həmin gün də baş verən təxribatına cavab olaraq Azərbaycan Ordusu əks hücuma keçərək torpaqların azad olunması əməliyyat həyata keçirir.
Döyüşlərin başlanmasından sonra maliyyə bazarlarında hər iki ölkənin dollar istiqrazlarının ucuzlaşması müşahidə edilir, amma daha varlı və neft-qaz, eləcə də valyuta ehtiyatlarına sahib olan Azərbaycan tərəfi böhranı Ermənistanla müqayisədə daha rahat keçirir.
Sentyabrın 21-dən oktyabrın 15-dək olan dövr ərzində Azərbaycanın 2024 və 2029-cu illər üzrə buraxdığı istiqrazların qiyməti 1% azalıb, Ermənistanın 2025 və 2029-cu illərədən buraxılan istiqrazları isə müvafiq olaraq 4,5% və 3,5% ucuzlaşıb.
Bu həftənin 3-cü günü Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) beynəlxalq bazarlardakı istiqrazlarnın qiyməti dəyişməz qalıb. Baximayaraq ki, artıq həmin vaxt Azərbaycan tərəfi Ermənistanı neft-qaz kəmərlərinə hücum etməkdə ittiham etmişdi. Əvəzində həmin vaxt Ermənistanın 2025-ci ilədək olan istiqrazları hər dollar qarşısında 0,6 sent ucuzlaşıb.
Hazırda Azərbaycan istiqrazlarının qiyməti bu il koronavirusa qədər qeydə alınan pik göstəricilərdən cəmi 2% aşağıdır.
«Azərbaycan istiqrazları daha yaxşı görünür, çünki, münaqişə və koronavirus daha az enmə riskinə malikdir»- deyə «ING Bank»ın strateqi Triu Fam bildirir. Onun fikrincə, belə vəziyyətin səbəbi Azərbaycanın xarici ehtiyatlarının böyük olması və avro istiqrazlarınnı həcminin 3 milyard dolları keçməməsidir.
Azərbaycan, hansı ki, «Fitch» agentliyindən «BB +» reytinqi alıb, 43,2 milyard dollar həcmində suveren fonda malikdir. Bu da ümumdaxili məhsulun 85%-ni təşkil edir və ölkə üçün maliyyə buferi rolunu oynayır.
Ermənistanın isə «Fitch» bu ay reytinqini «B +» səviyyəsinədək endirib. Agentiliyin fikrincə, bu il Ermənistan iqtisadiyyatı koronavirus və pandemiya səbəbindən 6,2% azalacaq, ilin axırına qədər isə dövlət borcu ÜDM-nin 63,9%-nə çatacaq.
Bu il Azərbaycan iqtisadiyyatının da azalması gözlənilir. Səbəb pandemiya və neftin qiymətinin aşağı düşməsidir – yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin yenicə açıqladğı rəqəmlərə görə, bu ilin yanvar-sentyabr 9 ayında Azərbaycanda iqtisadi geriləmə 3,9% təşkil edib.
Amma Azərbaycanda borc göstəricisi daha aşağıdır, hələ döyüşlər başlanmazdan əvvəl «S&P Global» elan etmişdi ki, ilin sonunadək borcun həcmi ÜDM-nin 38%-nə çatacaq.
Qeyd edək ki, bəzi ekspertlər münaqişəyə Türkiyə və Rusiyanın da qoşulma ehtimalının olduğunu bildirirlər. Məsələ bundadır ki, Rusiya Ermənistanla, Azərbaycan isə Türkiyə ilə müttəfiqdir. Son ixrac rəqəmləri göstərir ki, bu il Türkiyədən Azərbaycana hərbi texnika satışı 6 qat artıb.
«Pictet Asset Management»in baş iqtisadçısı Nikolay Markov bildirib ki, Moskva hərbi münaqişənin güclənməsinə o qədər də maraq göstərməyib. «Rusiya bu regionda sülh rolu oynamaq istəyir və əslində hərbi müdaxilə etmək fikrində deyil», - deyə Markov bildirib.