Qara Dəniz Ticarət və İnkişaf Bankı (BTSDB –ing.) manatla istiqraz buraxılışlarını Azərbaycandakı fəaliyyətinin təbii istiqaməti hesab etməyə davam edir.
Fuad Cəfərov: “Azərbaycanın üzv olduğu iki beynəlxalq maliyyə təşkilatı manatla istiqraz buraxacaq” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu BTSDB prezidenti Serhat Köksal Bakı səfəri çərçivəsində bildirib.
O BTSDB-nin Azərbaycanda az rəqabətli istiqraz buraxılışı həyata keçirən ilk çoxtərəfli inkişaf bankı olduğunu xatırladıb.
“BTSDB Azərbaycanda az rəqabətli istiqraz buraxılışı həyata keçirən ilk çoxtərəfli inkişaf bankı olub. 2019-cu ilin avqustunda biz Bakı Fond Birjasında 10 milyon manatlıq ikiillik istiqrazı uğurla yerləşdirdik. Bu əməliyyat Azərbaycanın beynəlxalq maliyyə institutları tərəfindən manatda istiqraz buraxılışı tarixində bir ilk idi və bizim üçün mühüm mərhələ oldu, bu da Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Bakı Fond Birjasının dəstəyi sayəsində mümkün oldu. Sonrakı buraxılışların müxtəlif səbəblərdən baş tutmamasına baxmayaraq, biz manatla istiqraz buraxılışını Azərbaycan banklarının manatda ayrılan kreditlərə əlçatanlığının artırılmasını dəstəkləmək üçün fəaliyyətimizin təbii istiqaməti kimi görməyə davam edirik. Bazar vəziyyətini izləyirik və yerli kapital bazarına qayıtmaq üçün uyğun vaxtı qiymətləndiririk”,-deyə o vurğulayıb. (Trend)