Azərbaycanda ilk dəfə dövriyyəyə buraxılacaq Qara Dəniz Ticarət və İnkişaf Bankının manatda olan istiqazlarının satışı üzrə hərrac elan edilib. FED,az-a Bakı Fond Birjasından verilən məlumata görə, 1 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Qara Dəniz Ticarət və İnkişaf Bankının korporativ istiqrazları üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Eləcə də bax:9% gəlir gətirəcək - AZƏRBAYCANDA SATIŞA HAZIRDIR –ŞƏRTLƏR
İstiqrazın növü |
Korporativ, təmin olunmamış |
Qiymətli kağızın ISIN kodu |
AZ2001021487 |
Emissiya həcmi |
10 000 000 AZN |
Nominal dəyəri |
1000 AZN |
İstiqrazların tədavül müddəti |
730 gün (2 il) |
Faiz gəliri |
9.25 % |
Ödəmə tarixi |
31 İyul 2021 |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.