«PSG Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi azalıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 110 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 46% azalıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 47,6 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 25,9 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 30,7 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 5,2 milyon manat, səhmləri isə 486 min 789 manat olub.
Cari ildə «PSG Kapital İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 2,7 dəfə, dövlət istiqrazları üzrə əməliyyatları 31,2%, korporativ istiqrazlar üzrə əməliyyatlar 6,2% azalıb, repo əməliyyatları 2,1 dəfə, səhm əməliyyatları 2,4 dəfə artıb.
Bu il «PSG Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 27,3% artaraq 1 046-dan 1 332-yə yüksəlib.