«PSG Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi üzrə yeni rəqəmlər açıqlanıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında şirkətin birja dövriyyəsi 158,8 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 62,9 milyon manat və ya 65,6 artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi olmayıb, dövlət istiqrazları üzrə dövriyyəsi 104,7 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 32,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 20,9 milyon manat, səhm dövriyyəsi üzrə isə 762,7 min manat olub.
Cari ildə «PSG Kapital İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə əməliyyatları 82,6 milyon manat və ya 4,7 dəfə, korporativ istiqrazlar üzrə əməliyyatlar 6,7 milyon manat və ya 25,9%, repo əməliyyatları üzə dövriyyəsi 16,8 milyon manat və ya 5,8 dəfə, səhm üzrə dövriyyə 487,4 min manat və ya 2,8 dəfə artıb.
Bu il «PSG Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 104 ədəd və ya 9,8% artaraq 1 165-ə yüksəlib.