Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, POS-terminalla həyata keçirilən ödənişlərə görə sahibkarlara müəyyən güzəştlər verilib.
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği bu il yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir.
Eləcə də bax: İlk dəfə müştəriyə zəng vuranda əl-qolu titrəyib - İNDİ ABŞ-DA BİZNESİ VAR