«Plato Capital and co.» investisiya şirkəti 2022-ci ilin yekunlarını açıqlayıb.
FEDaz xəbər verir ki, şirkət 2021-ci ildən fərqli olaraq 2022-ci ildə faiz gəliri əldə edib – 13,5 min manat. Bununla yanaşı, xərclər daha artıq olub – ötən il şirkət inzibati xərclərə 49 min manat, əmək haqqı xərclərinə 43 min manat sərf edib.
Nəticədə şirkətin il üzrə xalis zərəri 79,5 min manat olub.
Bu 2021-ci illə müqayisədə daha azdır, belə ki, «Plato Capital and co.» 2021-ci ili 94,5 min manat zərərlə başa vurmuşdu.
2022-ci ildə «Plato Capital and co.» investisiya şirkətinin aktivləri 90 min manat yaxın və ya 18% azalaraq 511 min manatdan, 422 min manata düşüb.
Cəmi kapitalı isə 80 min manat azalaraq 293 min manatdan 213 min manata enib.
Şirkətin ümumi nizamnamə kapitalı 816 min manatdır, indiyədək 746 min manat zərər yıılıb, eyni zamanda «Plato Capital and co.»nun 144 min manat realizasiya olunmayan gəlirləri var. Şirkətin öhdəlikləri isə demək olar dəyişməyib və 208 min manatdır.
FED.az-a şirkətdən verilən məlumata görə, yaxın vaxtlarda «Plato Capital and co.»ya yeni investor qoşulacaq, təqribən 170 min manat investisiya yatırılacaq, şirkətin fəaliyyəti yenilənəcək, o cümlədən rebrendinq olunacaq.